Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA sahibkarlar üçün onlayn təlimləri davam etdirir (FOTO)

AQTA sahibkarlar üçün onlayn təlimləri davam etdirir (FOTO)

Tarix: 29 Aprel 2020 15:00

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aprelin 28-də fındıq ixrac edən sahibkarlar üçün videotəlim keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, 50-dən çox sahibkarın iştirak etdiyi videokonfrans zamanı fındıq məhsullarının, xüsusilə Avropa İttifaqı ölkələrinə ixracı ilə bağlı mövcud vəziyyət müzakirə edilib.

Məhsulların Avropa İttifaqına üzv olan ölkələrə ixracı zamanı sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemlər diqqət mərkəzində olub. Bundan başqa ixrac olunması nəzərdə tutulan fındıq məhsullarında aflatoksinin miqdarının bir sıra hallarda normadan artıq çıxmasının səbəbləri ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda ixrac edilən məhsulların Agentlik tərəfindən qida təhlükəsizliyi sertifikatı ilə təmin olunması ilə bağlı prosedur qaydalar, aparılan toksikoloji analizlər əsasında tərtib edilmiş sınaq protokollarının verildiyi tarixlə məhsulların ixrac tarixi arasındakı vaxt məhdudiyyəti müzakirə olunub.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara bir sıra tövsiyələr verilib və təklifləri nəzərdən keçirilib.

Qeyd edək ki, Agentlik tərəfindən sahibkarlar üçün onlayn təlimlər müdəmadi keçiriləcək.

AQTA sahibkarlar üçün onlayn təlimləri davam etdirir (FOTO) - Gallery Image AQTA sahibkarlar üçün onlayn təlimləri davam etdirir (FOTO) - Gallery Image


Etiketlər:  AQTA sahibkarlar üçün onlayn təlimləri davam etdirir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ