Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 10:51
Pandemiya zamanı internet üzərindən ünsiyyət yalnız trendə deyil, həm də zərurətə çevrilib və videozəng dəstəyinə malik messencerlərə tələbat kəskin artıb. “Google” şirkəti də bu prosesdə yaxından iştirak edir. Şirkət əvvəllər yalnız biznes istifadəçilərinə və təhsil hesablarına malik şəxslərə əlçatan olan “Meet” videokonfranslar xidmətini indi ödənişsiz edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, axtarış nəhəngi öz rəsmi bloqunda yazıb ki, mayın 1-dən etibarən “Google Meet” xidməti hamı üçün əlçatan olacaq. Xidmətdən istifadə etmək üçün “Google” hesabına malik olmaq kifayətdir. Şirkət əmin edir ki, “Meet” xidməti məlumatların mühafizəsini və ötürülən informasiyanın məxfiliyini təmin edir – konfransda dəvətsiz üçüncü şəxslər və ya anonim istifadəçilər iştirak edə bilməzlər. Bundan başqa, bütün yayım şifrlənir ki, bu da haker müdaxiləsini və ya fərdi informasiyanın itkisi riskini xeyli azaldır.
Həmçinin sentyabrın 30-dək 60 dəqiqəlik videogörüntülü seansın müddətinə məhdudiyyət qoyulmayacaq.
Emil Hüseynov