Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emil Balayev yenidən Qazaxıstanda oynaya bilər

Emil Balayev yenidən Qazaxıstanda oynaya bilər

Tarix: 30 Aprel 2020 12:36

"Zirə"nin qapıçısı Emil Balayev yenidən Qazaxıstan Premyer Liqasında oynaya bilər.

Qol.az vesti.kz saytına istinadən xəbər verir ki, millimizin qapıçısının "Kaysar"a transferi mümkündür.  Bildirilib ki, Emilin "Zirə" ilə iyunun 30-na kimi müqavilə imzalaması onun yenidən ölkə xaricində oynamaq arzusundan xəbər verir.  "Kaysar"ın 26 yaşlı qapıçının yeni klubu ola biləcəyi vurğulanıb.Buna səbəb kimi isə komandanın avrokuboklara vəsiqə qazanması göstərilib. "Kaysar"ın baş məşqçisi Stoyço Mladenovin etibarlı qapıçıya ehtiyacı olduğu üçün tərəflərin müəyyən güzəştə getməli olduğu yazılıb.

Qeyd edək ki, E.Balayev 2019-ci ilin yanvarından bu ilin yanvarına kimi "Tobol"da oyayıb.

 


Etiketlər:  Emil Balayev yenidən Qazaxıstanda oynaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ