Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 14:48
Koronavirus pandemiyasına görə İtaliya futbolu təxminən 800 milyon avro itirə bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinanın sözlərinə görə, çempionatı vaxtından əvvəl dayandırmaq olmaz, çünki bu, böyük maliyyə sarsıntılarına səbəb olacaq:
"Mən ümumi marağı qoruyuram və ona görə də bildirirəm: A Seriyasının ləğvindən imtina edirəm. Biz tərəfdaşlarımız qarşısında beynəlxalq öhdəliklərimizə möhkəm bağlıyıq. Buna görə hökumətdən müvafiq siqnal verilənə qədər mövsümü başa çatdırmaq imkanı uğrunda mübarizə aparacağıq".