Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 17:56
UFC rəhbəri Deyna Uayt "Reddit" formunda qonaq qismində iştirak edib və MMA azarkeşləri ilə söhbətləşib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Uayt Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşünün 2020-ci ilə baş tutmasına dair şübhələri olduğunu gizlətməyib:
"Həqiqətən də, bu döyüşün keçiriləcəyindən əmin deyiləm. Döyüşü yenidən təşkil etməyə çalışsaq, kim bilir, bu səfər nələr baş verəcək... Bu barədə düşünəndə artıq qorxuram".
Nurməhəmmədov - Ferqyuson döyüşü indiyə kimi 5 dəfə təxirə salınıb. Son olaraq, idmançılar 18 apreldə UFC 249 çərçivəsində üz-üzə gəlməli idilər. Lakin Həbib koronavirus pandemiyası səbəbindən döyüşdən imtina etmişdi.
Mayın 9-da keçiriləcək UFC 249 turnirində rus idmançını Castin Qetji əvəzləyəcək. Ferqyuson - Qetji döyüşünün qalibinin sentyabrda Həbiblə qarşılaşacağı gözlənilir.