Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Bu günədək 15 min vətəndaşımız ölkəyə geri qaytarılıb

XİN: Bu günədək 15 min vətəndaşımız ölkəyə geri qaytarılıb

Tarix: 30 Aprel 2020 21:39

Bakı. Trend:

Bu günə qədər müraciətlər əsasında artıq 15 min vətəndaşımız dünyanın müxtəlif ölkələrindən geri qaytarılıb.
Trend-in məlumatına görə, bunu AzTV-nin “Hədəf” verilişinin qonağı olan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O qeyd edib ki, təəssüflə qeyd etməliyik ki, pandemiya bu gün dövlətlərarası beynəlxalq münasibətlərə də öz təsirini göstərib.

"Bu xüsusda Azərbaycan hökuməti pandemiya ilə mübarizə çərçivəsində ilk günlərdən etbarən mərhələli şəkildə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edib. Bu məqamda mövcud vəziyyətdə dövlətlərdən vətəndaşlarımızın geri qaytarılması üçün bütün lazımı tədbirlər həyata keçirilib. Həmin tədbirlər bu gün də davam etməkdədir. Pandemiya başlayandan etibarən vətəndaşların geri qaytarılmasında ön cəbhədə bütün işləri ölkəmizin diplomatik nümayəndəlikləri, xarici ölkələrdəki səfirliklər və konsulluğlar tərəfindən həyata keçirilib. Biz xaricdəki vətəndaşlarmızdan özləri və ailələri haqqında mövcud vəziyyət haqqında ilk növbədə olduqları yerdəki Azərbaycanın diplomatik nümayəndəlikləri ilə əlaqə yaratmalarını xahiş etmişik. Bunun vasitəsilə də həmin vətəndaşlar haqqında məlumatlar həmin ölkələrdən bura ötürülürdü və müvafiq addımlar atılırdı. Qeyd edim ki, edilən bütün müraciətlər qeydə alınırdı.

Leyla Əliyeva əlavə edib ki, qonşu ölkələrlə sərhədlərin müvəqqəti bağlanması təbii ki, təxliyə prosesinə də təsirsiz ötüşməyib:

"Bildiyiniz kimi, aprelin 5-dən etibarən ölkədə infeksiyanın yayılmasının genişlənməsi nəzərə alınaraq artıq qonşu ölkələrlə gediş-gəliş müvəqqəti olaraq dayandırıldı. Belə olan halda isə, təxliyələr də infeksiyanın yayılması vəziyyətinə, tibbi və logistik təminatın hazırlığına uyğun həyata keçirilməyə başlanıldı. Bütün bunları nəzərə alaraq vətəndaşlarımızında mövcud vəziyyəti anlaması, yaranmış vəziyyətlə əlaqədar anlayışgöstərməsi və dövlətimizə dəstək olması çox vacib məqamdır".


Etiketlər:  XİN günədək vətəndaşımız ölkəyə geri qaytarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ