Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakerlər Zoom-a saxta dəvət göndərirlər

Hakerlər Zoom-a saxta dəvət göndərirlər

Tarix: 30 Aprel 2020 22:24

Kibertəhlükəsizlik üzrə mütəxəssislər pandemiya fonunda populyarlaşan Zoom-da növbəti boşluğu aşkarlayıblar. Əgər mart ayında videokonfrans xidmətinin 200 milyon istifadəçisi var idisə, artıq bu rəqəm 50% artaraq 300 milyona çatıb. Belə görünür ki, sahə mütəxəssislərinin mütəmadi xəbərdarlıqlarına baxmayaraq, istifadəçilərdə Zoom xidmətinə qarşı qorxu yaranmır, əksinə istifadəçi sayı artırır. Bunu səbəbi hələ ki, tam aydın deyil. Bəlkə də aydındı, Zoom xidmətini onun kimi əvəzləyəcək servis yoxdur. Video zəng xidmətini təqdim edən tətbiqlər öz funksionallığını nə qədər artırsalar da, əksər dünya ölkələrində xüsusilə də Azərbaycanda Zoom proqramı ilk sırada yer alır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu həftə də Zoom tətbiqində yeni boşluq aşkarlandı.

Dələduzlar Zoom servisindən istifadə edən şəxslərə saxta dəvət göndərərək, onların fərdi məlumatlarını ələ keçirir. Bunun üçün də informasiya üzrə mütəxəssislər istifadəçilərə göndərilən hər bir LİNKƏ çox ciddi yanaşmalarını tövsiyə edir.

"Göndərilən hər bir link çox ciddi şəkildə araşdırılmalı, mənbəyi dəqiqləşdirilməli və daha sonra gələn dəvətə qoşulmalıdır", -  deyə məlumatda qeyd olunur.


Etiketlər:  Hakerlər Zoom saxta dəvət göndərirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ