Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Agentlik sədri: Turizm şirkətlərinin sığorta mexanizmləri olmalıdır

Agentlik sədri: Turizm şirkətlərinin sığorta mexanizmləri olmalıdır

Tarix: 4 Iyun 2019 13:15

Bakı. İlhamə İsabalayeva - Trend:

Biz başa düşürük ki, turizm şirkətləri ilə bağlı nöqsanlar var. Turizm şirkətlərinə nəzarət mexanizmləri olmalıdır. Bu səbəbdən də mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi üçün təkliflər hazırlamışıq. Qanun bu işi tənzimləyəcək.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. 2015-ci ildə turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən onların fəaliyyətinə nəzarət etmək bir qədər çətindir.

Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Çünki şirkətin fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidirlər: "Beynəlxalq təcrübə onu göstərir ki, kriteriyalardan biri bu sığorta mexanizminin yaradılmasıdır. Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, sabah riskləri qarşılaya bilsin. Çünki sabah hər hansı risk hadisəsi baş verdikdə, dövlət onu öz üzərinə götürməsin. Bu, çox vacib məsələdir. Məsələn, Çin bazarı ilə işləyən turizm şirkətlərinə mülki sığorta tələbi qoyulub və bu tələbi ödəyən şirkətlərə Çin bazarına daxil olmağa icazə verilir. Çin hökuməti özü də bu tələbi qoyur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Agentlik sədri Turizm şirkətlərinin sığorta mexanizmləri olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ