Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 13:10
Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən cazibədar müğənni Nigar Camal sosial media paylaşımı ilə gündəmə gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sənətçi hər gün səhərini necə açdığını lentə alaraq, izləyiciləri ilə bölüşüb.
Hamamda duş qəbul etdikdən sonra güzgü önünə keçən Nigar dişlərini fırçalayıb, üzünü təravətləndirmək üçün müxtəlif kremlərdən istifadə edib. Daha sonra isə saçlarını darayaraq, onları formaya salıb.
N.Camalın 549 minlik "Instagram" hesabının "Hekayə" bölümündəki bu paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.