Tarix: 1 May 2020 17:00
İtaliya A Seriyasında çıxış edən 20 klubun hamısı koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa olunmasını istəyir.
Qol.az “Footbal Italia”ya istinadən xəbər verir ki, çempionatın yayım hüququ məsələsinin həllinə həsr olunmuş bugünkü liqa toplantısında bütün klublar çempionatın davam etidirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Qeyd edək ki, İtaliyada mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.