Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paltarlarımın yarısını da oğlumun evində saxlayıram'' - FOTO

''Paltarlarımın yarısını da oğlumun evində saxlayıram'' - FOTO

Tarix: 1 May 2020 17:05

Əməkdar artist Mətanət İsgəndərli "Evdəkilərə salam" verilişini evində qonaq edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni atası və nəvələri ilə kamera qarşısına keçib. İsgəndərli bildirib ki, oğlu Kərimlə eyni binada yaşayır:

"Bu evdə 15 ildən çox yaşayıram. Dizaynı özün etmişəm. Oğlum ailəsi ilə dördüncü mərtəbə yaşayır. Yaxşı ki, yaxınımda qalır. Yoxsa ürəyim partlayardı".

Geyimlərini göstərən sənətçi "Var-dövlətim paltarlarım və mahnılarımdır. Heç vaxt kirayə paltar götürməmişəm. Ya tikdirirəm, ya da satın alıram. Yarısını da oğlumun evində saxlayıram" sözlərini deyib.


Etiketlər:  Paltarlarımın yarısını oğlumun evində saxlayıram FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ