Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 18:27
Bakı. İlhamə İsabalayeva – Trend:
Ölkədə koronavurus infeksiyası aşkar edilməyən rayonlar var.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, amma həmin ərazilərə qonşu olan rayonlarda yoluxma olduğundan bu bölgələr hələ riskli ərazi hesab edilir:
“Əgər ətraf rayonlarda da risk aradan qalxarsa, o zaman biz həmin sahəni xəritədə yaşıl rəngləyə bilərik və prosesin sıfırlandığını açıqlaya bilərik”.