Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mastercard” araşdırma nəticələrini açıqladı: Futbol yeni şəhərlər salır

“Mastercard” araşdırma nəticələrini açıqladı: Futbol yeni şəhərlər salır

Tarix: 4 Iyun 2019 15:44

Bakı. Trend:

“Mastercard”ın sifarişi ilə Avropada yeni tikilmiş və yaxud inşası davam edən stadionların yerləşdiyi şəhərlərdə sorğular keçirdilib. Araşdırmada stadionlara yaxın ərazilərdə yaşayan 2 min nəfər Avropa sakini iştirak edib.

Sorğu nəticələri göstərir ki, stadionlar yerləşdikləri şəhərlərə böyük miqdarda investisiya cəlb edirlər. Hər yeni stadion şəhər büdcəsinə orta hesabla 585 milyon avro gəlir gətirməklə, şəhərin infrastrukturunun yaxşılaşdırılmasında və məşğulluq səviyyəsinin artmasında əvəzsiz rol oynayır.

Araşdırma nəticəsində həmçinin bəlli olub ki, təxminən 2060-cı ilə qədər Avropada stadionların ətrafında 200 min sakini olan xüsusi “ağıllı” şəhərlər formalaşacaq. Futbol şəhərinin mərkəzində ən son texnoloji nailiyyətlərdən istifadə olunmaqla tikilmiş 800 milyon avro dəyərində stadion yerləşəcək. Şəhərin öz nəqliyyat sistemi, məktəb və xəstəxanaları və hətta polis qüvvələri olacaq. Yaxın 50 il ərzində ilk futbol şəhərinin Avropanın böyük şəhərlərinin birinin hava limanından 80 km məsafədə, ucqar ərazidə inşa olunacağı planlaşdırılır. Ərazi məkanın genişliyi və komandanın neytrallığına əsasən seçiləcək. Bu şəhər varlı investorların hesabına formalaşdırılacaq.

Mütəxəssislər son illər reallaşdırılan bir neçə layihəni də buna misal çəkiblər. Məsələn, “Mançester Siti”nin futbol akademiyasında 600 yeni bina inşa edilib. Yaxud “Emirat Arsenal” stadionunun ərazisində 3 min yeni bina inşa edilib ki, bunların da 40%-i münasib qiymətlərə təklif olunub.

Yeni araşdırma həmçinin futbolun insanlar arasında birlik hissini formalaşdırdığını da üzə çıxardıb. Futbol stadionun yaxınlığında yaşayan hər 5 respondentdən 1-i (17%) bildirib ki, o, özünü qonşuları ilə vəhdətdə hiss edir və bunun başlıca səbəbi futboldur.

21% respondent isə düşünür ki, futbol yerli kafedə müzakirə etmək üçün bir nömrəli mövzudur.

Araşdırma haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://newsroom.mastercard.com/eu/tr/?p=29092

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mastercard araşdırma nəticələrini açıqladı Futbol yeni şəhərlər salır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ