Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Büdcəli OnePlus Z (OnePlus 8 Lite) smartfon modelinin real fotosu ortaya çıxıb

Büdcəli OnePlus Z (OnePlus 8 Lite) smartfon modelinin real fotosu ortaya çıxıb

Tarix: 2 May 2020 08:28

Hindistanın True-Tech adlı saytının jurnalistləri büdcəli OnePlus Z (OnePlus 8 Lite) smartfonunun real fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun ön paneli əks olunub. OnePlus 8 və OnePlus 8 Pro-dan fərqli olaraq OnePlus Z modeli yastı ekran əldə edəcək. Bundan əlavə olaraq ekranın yuxarı mərkəzi hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Barmaq izi skanı texnologiyası isə birbaşa ekrana inteqrasiya ediləcək. Son məlumata əsasən büdcəli OnePlus Z modeli  bu ilin iyul ayında təqdim olunacaq. O, 6.4 və ya 6.5 düym Full HD+ ekran, MediaTek Dimensity 1000 prosessoru, 6/8 GB RAM və 48 MP + 16 MP + 12 MP üçlü arxa kamera ilə təchiz olunmalıdır.

Milli.Az


Etiketlər:  Büdcəli OnePlus Z OnePlus 8 Lite smartfon modelinin real fotosu ortaya çıxıb


RƏYLƏR