Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 13:16
Şəmkir rayonunda qətl törədilib.
Sonxeber.net xəbər verir ki, rayonun Yeni Həyət kəndində 1977-ci il təvəllüdlü Süleymanov Etibar Binnət oğlu bacanağını güllələyərək öldürüb.
Belə ki, E.Süleymanov 1992-ci ildə anadan olmuş Hüseynov Elnur Salman oğlunun baş nahiyəsinə kustar üsulla hazırlanmış silahla atəş açıb. 28 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Qətli törədən şəxs barəsində Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.
Qeyd edək ki, hadisəni törədən şəxs kənd bələdiyyəsinin sədri işləmiş Sona Süleymanovanın qardaşıdır./Publika.az