Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəmiryolçu-idmançı beynəlxalq turnirin qalibi olub (FOTO)

Dəmiryolçu-idmançı beynəlxalq turnirin qalibi olub (FOTO)

Tarix: 4 Iyun 2019 16:48

Bakı. Trend:

31 may-1 iyun tarixlərində Ağır Atletika Federasiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnir keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq turnirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə böyük inspektoru Mübariz Rafiq oğlu Dadaşov da iştirak edib.

Yarışmada böyük əzmkarlıq göstərən Mübariz Dadaşov 140 kq çəki dərəcəsində 177,5 kq nəticə ilə beynəlxalq turnirin qalibi olub.

Dəmiryolçu-idmançını qazandığı qələbə münasibətilə təbrik edir, ona yeni uğurlar arzulayırıq.


Etiketlər:  Dəmiryolçu idmançı beynəlxalq turnirin qalibi olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ