Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləsuvarda karantin qaydalarını pozan 4 nəfər saxlanılıb

Biləsuvarda karantin qaydalarını pozan 4 nəfər saxlanılıb

Tarix: 2 May 2020 18:09

.Bakı. Trend:

Biləsuvarda karantin qaydalarını pozan 4 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq Biləsuvar rayonunun giriş hissəsində yaradılmış stasionar postda “Kia Rio” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən həmin avtomobil saxlanıldıqdan sonra isə sürücü və maşında olan digər 3 nəfər şəxs düşərək qaçmağa cəhd ediblər. Həmin şəxslər dərhal Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər.

Saxlanılarkən onların Bakı sakini Ə. Mustafazadə, Qax rayon sakini S. Əhmədov, Ağcabədi rayon sakini O.Məhərrəmov və Füzuli rayon sakini K. Gülhüseynzadə olduqları müəyyən edilib və rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunublar.


Etiketlər:  Biləsuvarda karantin qaydalarını pozan nəfər saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ