Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 15 yaşlı qız hamilə qaldı

Bakıda 15 yaşlı qız hamilə qaldı

Tarix: 2 May 2020 18:58

Polis Bakının Nərimanov rayonunda qeydə alınan erkən hamiləlik faktını araşdırır.

Sonxeber.net bildirir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, hamiləliyin 9-cu ayında olan P.R. (2005-ci il təvəllüdlü) mayın 1-də xəstəxanaya daxil olub.

Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edirlər.

Ancaq qızın yetkinlik yaşına çatmamış olması cinayət işi üçün əsas yaradır, çünki cinsi əlaqə zamanı P.R 14 yaşında olub.

Hazırda yeniyetmənin hansı şəraitdə cinayət qurbanı olduğu müəyyənləşdirilir.

Qeyd edək ki, 16 yaşına çatmamış şəxslə cinsi əlaqə qurmaq və məcburi evlənməyə görə cəza tədbirlərinin olmasına baxmayaraq, Azərbaycanda erkən nikahlar hələ də geniş tətbiq olunur.


Etiketlər:  Bakıda yaşlı qız hamilə qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ