Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Millidə oynamaq üçün yaşın önəmi yoxdur” – Mançini

“Millidə oynamaq üçün yaşın önəmi yoxdur” – Mançini

Tarix: 3 May 2020 10:12

İtaliya millisinin baş məşqçisi Roberto Mançini bildirib ki, hansı yaşda olmasına baxmayaraq, istənilən futbolçu hər an milliyə dəvət ala bilər.

Qol.az xəbər verir ki, ölkəsinin mediasına müsahibəsində o deyib:

“Mən gənc futbolçulara deyirəm: öz işinizə sadiq olun, ürəkdən məşq edin. Əgər sizin texniki keyfiyyətiniz və xarakteriniz varsa, hətta birinci klub komandanızda debüt etməsəniz belə, sizə zəng vurmağa hazıram. Mənim heyətimdə insanlar var ki, İtaliyada aşağı liqaları izləyirlər. Orada keyfiyyətli futbolçuya rast gəlinsə, onları milliyə dəvət edə bilərəm.

Yaş amilinin mənim üçün önəmi yoxdur. Texnika və xarakter vacibdir. Biz yaxşı gənc futbolçulara şans verməli, onları oynatmalı və səhvlərini görməliyik”.

 


Etiketlər:  Millidə oynamaq üçün yaşın önəmi yoxdur Mançini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ