Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın əməkdar artisti İstanbuldan onlayn konsert verdi

Azərbaycanın əməkdar artisti İstanbuldan onlayn konsert verdi

Tarix: 3 May 2020 16:33

Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyənin İstanbul şəhərindən onlayn konsert verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konsert proqramı COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində "Biz birlikdə güclüyük" kampaniyasına dəstək məqsədilə keçirilib.

Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi Fondun rəsmi "facebook" hesabından yayımlanıb.

Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər.

Milli.Az


Etiketlər:  Azərbaycanın əməkdar artisti İstanbuldan onlayn konsert verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ