Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rauf Əliyev məişət tullantılarının yığılıb daşınması problemlərindən danışdı

Rauf Əliyev məişət tullantılarının yığılıb daşınması problemlərindən danışdı

Tarix: 4 May 2020 11:28

Məişət tullantılarının vaxtında yığılıb daşınması gigiyena və epidemioloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm şərtdir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin 24 aprel tarixli iclasında Milli Məclisin deputatı Rauf Əliyev cari məsələlərlə bağlı çıxış edərək bildirib ki, yaşayış məntəqələrinin ərazilərində məişət tullantılarının vaxtı-vaxtında yığılıb daşınması bu ərazilərdə sanitariya-gigeiyena və sanitariya-epidemoioloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm amildir. Koronavirus pandemiyası şəraitində bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsini günün tələbinə çevirib. Bu istiqamətdə ümumilikdə Bakı şəhərində, o cümlədən onun deputat seçildiyi 13 saylı Xəzər-Pirallahı seçki dairəsinə aid olan qəsəbələrdə Xəzər və Pirallahı İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə geniş miqyaslı dezinfeksiya işləri aparılır.

Xəzər rayonunun qəsəbələrində məişət tullantılarının yığılıb daşınmasının mövcud vəziyyəti üzrə keçirilən monitorinqin nəticələri göstərir ki, rayonun qəsəbələrində məişət tullantılarının yığılıb daşınması üçün mövcud olan maddi-texniki bazanın gücləndirilməsinə ehtiyac var. Qəsəbələrdə məişət tullantılarının yığılıb daşınması üçün meydançalar, konteynerlər və xüsusi texnika kifayət etmir. Təqribi hesablamalar göstərir ki, əlavə olaraq 1000-ə qədər konteyner, müəyyən sayda xüsusi avtonəqliyyat vasitəsi və işçi qüvvəsi tələb olunur. Bu da bu sahəyə əlavə maliyyə vəsaitlərinin cəlb olunmasını tələb edir. Rayonda məişət tullantılarının yığılıb daşınması üzrə işlərin təhlili göstərir ki, bu istiqamətdə idarəetmənin təkmilləşdirilməsinə ehtiyac var. Rayonda bu işlər Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Baki Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliklərinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı Sahələri tərəfindən həyata keçirilir. Bu da bu sahədə işlərin təşkilində və idarəetmədə müəyyən çətinliklər yaradır. Bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və idarəetmənin təmilləşdirilməsi məqsədi ilə bu işlərin idarə olunmasının bir əldə cəmləşdirilməsi məqsədəuyğun olardı.

Daha sonra Rayf Əliyev qeyd edib ki, hazırda Respublikamızda, o cümlədən Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya"nın həyata keçirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.

Çıxışının sonunda Rauf Əliyev bu tədbirlərin həyata keçirilməsinə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət edərək nəzərdə tutulan tədbirləri vaxtında yerinə yetirməyə çağırıb.


Etiketlər:  Rauf Əliyev məişət tullantılarının yığılıb daşınması problemlərindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ