Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siyavuş Novruzov: "Əli Kərimli siyasi alverçidir"

Siyavuş Novruzov:

Tarix: 5 May 2020 12:39

Əli Kərimli siyasətçi deyil, o, siyasi alverçidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.

S.Novruzov bildirib ki, Ə.Kərimlinin işi odur ki, Azərbaycanı gözü götürməyən xarici dairələrlə, erməni lobbisi ilə alverə girsin, ölkəmizə qarşı qarayaxma aparsın:

"Onun hansı dəyərləri var ki, gəlib dialoqda iştirak etsin? Xaricdən buna tapşırıq verənlər desə, dialoqa gələcək. Və orada o həmin dairələrin maraqlarını müdafiə edəcək və ona görə də ona siyasətçi demək olmaz".

Milli.Az


Etiketlər:  Siyavuş Novruzov Əli Kərimli siyasi alverçidir


RƏYLƏR