Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir sıra konsul əməliyyatları üçün dövlət rüsumu azaldıldı

Bir sıra konsul əməliyyatları üçün dövlət rüsumu azaldıldı

Tarix: 5 May 2020 13:10

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır.

Sonxeber.net Trend-ə stinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə dövlət rüsumu 55 ABŞ dollarından 25 ABŞ dollarına, ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 40 ABŞ dollarından 10 ABŞ dollarına, vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə dövlət rüsumu 150 ABŞ dollarından 60 ABŞ dollarına qədər azadılır. Digər rüsumlara görə də azalma nəzərdə tutulur.

Bir sıra konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin sosial-yönümlülük prinsiplərinə uyğun olaraq azaldılması məqsədilə hazırlanıb.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.


Etiketlər:  sıra konsul əməliyyatları üçün dövlət rüsumu azaldıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ