Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 17:36
Bakı. Samir Əli - Trend:
Vətəndaşların ictimai nəqliyyatda maskalardan istifadə etməməsi ilə bağlı cərimələr müzakirə olunur.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı müzakirələr başa çatandan sonra qərar veriləcək.
İ.Məmmədov vurğulayıb ki, ictimai nəqliyyatda maskalardan istifadə etməməklə bağlı cərimə tətbiq oluna bilər.