Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 17:46
"Koronavirusla Mübarizəyə Dəstək Fondunun üzvü olmaq böyük bir məsuliyyətdir. Əgər bu fonddan bir qəpik lazım olmayan yerə xərclənərsə, bu, bütün Azərbaycana təhqir olar".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
F.Bədəlbəyli qeyd edib ki, Fonddakı vəsaitlərin xərclənmə istiqamətlərini bütün cəmiyyət bilməlidir:
"Xərclənmə zamanı sosial problemlərin həlli, həkimlərin ailə üzvlərinin sosial müdafiəsi, sığortalanması kimi məsələlər əsas yer tutacaq. Bu siyahıya əsgərlərimizi, onların ailəsini də əlavə edərdim. Sosial problemlərin monitorinqi də aparılmalıdır. Ümumilikdə 8 xərc istiqaməti müəyyən edilib".