Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Təəccüblüdür ki, o, Azərbaycan millisində qol vura bilmədi” - Rus mediası

“Təəccüblüdür ki, o, Azərbaycan millisində qol vura bilmədi” - Rus mediası

Tarix: 6 May 2020 11:14

Championat.com saytı 1990-cı illərdə Rusiya çempionanının bombardirləri olmuş futbolçular barədə yazı dərc edib.

Qol.az xəbər verir ki, yazıda millimizin sabiq hücumçusu Vəli Qasımova da yer verilib.

“Bilinəndə ki, daha ittifaq çempionatı olmayacaq, Vəli Qasımov Aleksandr Tarxanovla birgə “Spartak”a gəldi. Amma o, Moskva klubunda oynaya bilmədi. Ona görə də 1992-ci ilin iyulunda “Dinamo”ya keçdi. Qasımovun komandanın Rusiya çempionatında üçüncü yer tutmasında rolu oldu. Həmin mövsümdə o, 16 qol vuraraq çempionat qrupunun ən yaxşı bombardiri oldu” – deyə yazıda qeyd edilib.

Həmçinin bildirilir ki, sonrakı beş ili futbolçumuz İspaniyada “Betis”, “Albasete” və “Esixa”da keçirib. Sonra isə o, Portuqaliyad “Vitoriya” və “İmortal”da oynayıb: “Qasımov oynadığı bütün klublarda qol vursa da, təəccüblüdür ki, Azərbaycan millisində bir dəfə də fərqlənə bilmədi”.

Daha sonra Qasımovun futbolçu karyerasını başa vurduqdan sonra Azərbaycanın gənclər millisi və “Neftçi”də baş məşqçi işlədiyi xatırladılıb.
 
Qeyd edək ki, V.Qasımov 1994-98-ci illərdə Azərbaycan millisində oynayıb.

 


Etiketlər:  Təəccüblüdür Azərbaycan millisində vura bilmədi mediası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ