Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO)

Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO)

Tarix: 6 May 2020 13:40

Bakı. Trend:

Suraxanı rayonunda 31,6 kilometr yol təmir olunub, daha 17,9 kilometr yolun təmiri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı Sərəncama əsasən, agentlik tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilib. Sərəncama əsasən, 17 min 800 nəfər əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə 7,8 milyon manat ayrılıb. Ölkə başçısının imzaladığı sözügedən Sərəncam çərçivəsində, agentlik tərəfindən Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31,6 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kvadratmetrdən çoxdur.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb. Bunalr Telman Nərimanov, 14 iyul, B.Məmmədkərim, Vahid Xəlilov, Göl, H.B Zərdabi, Yuxarı və Aşağı mədən küçələri, həmçinin gölətrafı yol, həmçinin I və II köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən 20-dək dalan, döngə və yollarda da təmir işləri görülüb.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılıb.

Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonunun Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 17,9 kilometr uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına başlanılıb. Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Əmircan qəsəbəsində 6 kilometr uzunluğa malik Üzeyir hacıbəyov, Qulu Quliyev, Elxan Həsənov, Park, Tahir Bağırov, Vladimir Balandin, Mirzə Fətəli Axundov və malik Mustafayev küçələrində, Hövsan qəsəbəsində isə ümumi uzunluğu 4,9 kilometr olan Oqtay Şabanov, İlqar Əhlimanov, İbiş Məmmədov, Rasim Şahsuvarov, Sahil, Bağça küçələri və Məktəbli küçəsindən qəbirstanlığa gedən yolda, həmçinin 7 kilometrlik Zığ-Hövsan avtomobil yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Artıq sözügedən layihə çərçivəsində Hövsan qəsəbəsində İbiş Məmmədov küçəsinin təmiri yekunlaşıb, İlqar Əhlimanov və Rasim Şahsuvarov küçələrində, həmçinin Əmircan qəsəbəsində Vladimir Balandin küçələrində isə təmir işləri davam etdirilir. Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adıçəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər ərazilərində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 kilometr uzunluğunda olan 20-dək küçə və yola asfalt-beton örtüyü döşənib.

Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image Əmircan və Hövsanda 17,9 kilometr yol təmir edilir (FOTO) - Gallery Image


Etiketlər:  Əmircan Hövsanda kilometr təmir edilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ