Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

La Liqanın bərpası üçün hazırlıq işləri görülür

La Liqanın bərpası üçün hazırlıq işləri görülür

Tarix: 6 May 2020 15:16

Bakı. Trend:

İspaniyada La Liqanın bərpa olunması üçün hazırlıq prosesi başlanıb.

Trend-in məlumatına görə, mayın 4-dən ölkədə məşqlərə icazə verilsə də bununla bağlı müəyyən qaydalara riayət ediləcək. Mayın 6-dan etibarən isə La Liqa klublarının üzvləri koronavirus testindən keçəcəklər.

“Barselona” və “Real” rəhbərliyi rəsmi sayt vasitəsilə bu xəbərləri təsdiqləyib. Ölkənin aparıcı 2 klubunun bütün üzvləri tibbi müayinədən sonra fərdi qaydada məşqlərə başlayacaqlar. Bu məşqlər mayın 18-ə kimi davam edəcək.

Xatırladaq ki, la liqada oyunların azarkeşsiz bərpası iyunun 5-nə, ən geci isə iyunun 12-nə nəzərdə tutulur.


Etiketlər:  Liqanın bərpası üçün hazırlıq işləri görülür


RƏYLƏR