Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 17:21
Bakı. İlhamə İsabalayeva – Trend:
Bakıda koronavirusa ən çox yoluxma halları Yasamal və Sabunçu rayonlarında olub.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında operativ qərargahın bu gün kerçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Yasamalda bir necə infeksiya ocağı müəyyən edilmişdi: “Bir nəfər çoxlu sayda insanı virusa yoluxdumuşdu. Artıq həmin vətəndaşlar izolyasiya edilib və onların çoxu sağalıb”.
Gəncədə yoluxma sayının artmasının səbəbi müəyyən edilib: “Təəssüflər ki, orada karantin rejiminə bir o qədər də əməl edilmir. Digər tərəfdən, bütün yoluxmalara baxdqda daha çox yoluxma halları ailə üzvləri arasında olur. Nəticədə 1 nəfər 4-5 nəfəri yoluxdurur. Yolxumalar həm də tibb işçiləri arasında olur ki, bu hallar da Gəncədə müşahidə edilib. Hazırda orada bütün tədbirlər görülür ki, neqativ hallar aradan qalxsın. Şimal bölgəsində Rusiyadan keçən bir necə nəfərdə testlərin nəticəsi pozitiv aşkarlanıb. Eyni zamanda cənub bölgəsində də İranla gediş-gəliş olduğu üçün orada yoluxma halları çox olub”.
Z.Əliyev qeyd edib ki, virusa yoluxanların daha çoxu 50-59 yaşlı insanlardır. Yoluxanların 54 faizi qadınlardır: “Vəfat edənlər 60-69 yaşlılardır. Ölənlərin 43 faizi bu yaşda olanlardır”.