Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstəsinin bir günlük müalicəsi üçün nə qədər vəsait xərclənir? - RƏSMİ

Koronavirus xəstəsinin bir günlük müalicəsi üçün nə qədər vəsait xərclənir? - RƏSMİ

Tarix: 6 May 2020 17:39

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda bir koronavirus xəstəsinin bir günlük müalicəsi üçün 80-150 manat sərf edilir.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən yüngül vəziyyətdə olan xəstələrin müalicəsi üçün təqribən 80, ağır vəziyyətdə olan xəstələrin müalicəsi üçün 150 manat xərclənir:

“Amma bu rəqəm dəyişir. Bu göstəricilər həm də mart ayı üçün olan dövrə aiddir”.


Etiketlər:  Koronavirus xəstəsinin günlük müalicəsi üçün qədər vəsait xərclənir RƏSMİ


RƏYLƏR