Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 18:40
Azərbaycanda Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda martın 29, aprelin 2, 9, 16 və 23-ü tarixlərində təxirə salınmış torpaq müsabiqə və hərraclarının mayın 14-də keçirilməsi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil ediləcək.
Sonxeber.net bildirir ki, Trend bu barədə İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin mayın 4-dən yumşaldılmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı nəzərə alınaraq qərar qəbul olunub.