Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya səbəbindən internet trafikinin həcmi təxminən 50% yüksəlib

Pandemiya səbəbindən internet trafikinin həcmi təxminən 50% yüksəlib

Tarix: 7 May 2020 07:24

"Samsung" şirkətinin mütəxəssislərinin məlumatına görə, pandemiya səbəbindən internet trafikinin həcmi təxminən 50% yüksəlib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, dünyanın müxtəlif ölkələrində trafikin həcmindəki dəyişikliklər təhlil edilib. Nəticədə hər yerdə artım müşahidə olunduğu məlum olub. Sabit genişzolaqlı rabitə şəbəkələrində trafikin həcmi 48% təşkil edib, yəni təxminən 50% artım qeydə alınıb. Mobil rabitə sahəsində trafik 24% artıb.

Həmçinin mütəxəssislər ixtisaslaşdırılmış xidmət və proqramların auditoriya və trafikini ayrıca araşdırıblar. Bu göstəricilər üzrə "Zoom" videokonfranslar xidmətində böyük artım qeydə alınıb. Onlayn təhsil proqramlarının auditoriyası 437%, tibbi xidmətlərdə isə 234% yüksəlib.


Etiketlər:  Pandemiya səbəbindən internet trafikinin həcmi təxminən yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ