Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ŞAD XƏBƏR: Bu tələbələrin təhsil haqqını DÖVLƏT ÖDƏYƏCƏK

ŞAD XƏBƏR: Bu tələbələrin təhsil haqqını DÖVLƏT ÖDƏYƏCƏK

Tarix: 7 May 2020 18:16

Koronavirus pandemiyası ilə bağlı olaraq ölkədə iqtisadi vəziyyətə, makro iqtisadi stabilliyə, məşğulluğa mənfi təsirlərin qarşısını almaq məqsədi ilə ölkə başçısınınm müvafiq tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən görülmüş tədbirlər sırasında, o cümlədən sosial baxımından həssas ailələrin tələbə üzvlərinin təhsil haqqlarının dövlət hesabına ödənilməsi nəzərdə tutulur.

Sonxeber.net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bu dəstəyin 20 mindən çox tələbəyə şamil ediləcəyini bildirib:

"Bu tədbirin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən müvafiq qərar təsdiq edilmişdir. Qərara uyğun olaraq 2020-ci il ərzində bu məqsədlər üçün 40 milyon manat vəsait ayrılıb və həmin kateqoriyaya adi olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub.

"Bu kateqoriya" tələbələr dedikdə biz kimləri nəzərdə tuturuq? - Valideynləri ünvanlı dövlət sosial yardım alan tələbələr, hər iki valideyini I və ya II qrup əlil olan tələbələr, valideynləri işsiz kimi qeydiyyatdan keçmiş və ya əmək pensiyası alan, sosial müavinət alan tələbələr. Bu qəbildən olan tələbələrin sayı 20 mindən bir qədər çox olacaq".  

Təhməz Əsəd


Etiketlər:  ŞAD XƏBƏR tələbələrin təhsil haqqını DÖVLƏT ÖDƏYƏCƏK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ