Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

May ayı üzrə pensiyaların ödənişinə başlandı

May ayı üzrə pensiyaların ödənişinə başlandı

Tarix: 7 May 2020 18:56

Bakı. Trend:

May ayı üzrə pensiyaların ödənişinə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov, Xətai rayonları, həmçinin Naxçıvan MR, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Sabah isə Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək.

Yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq. Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.

Beləliklə, xüsusi karantin rejimi dövründə pensiya, müavinət, təqaüd və ünvanlı yardımların vaxtından daha tez ödənilməsi təmin olunur.


Etiketlər:  ayı üzrə pensiyaların ödənişinə başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ