Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cəmiyyət elə düşünməməlidir ki, artıq virusa qarşı qalibiyyət əldə edilib''

''Cəmiyyət elə düşünməməlidir ki, artıq virusa qarşı qalibiyyət əldə edilib''

Tarix: 8 May 2020 14:15

"Koronavirus pandemiyası dünyada böyük bəlaya çevrilməkdədir və koronavirusun Azərbaycanda da büruzə verilməsindən sonra prezident İlham Əliyevin şəxsən başçılığı ilə hökümət iclaslarının keçirildiyinin şahidi olduq. Eyni zamanda prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə xəstəxanalara baş çəkərək tibbi personal ilə görüşdülər və eyni zamanda karantinlə bağlı cəmiyyətə ismarıclar da verdilər". 

Bunu Sonxeber.net-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. 

"Bütün bunların nəticəsidir ki, 10 milyonluq Azərbaycanda koronavirusa yoluxanların sayında az rəqəmləri görmüş oluruq. Məsələn, bizim qonşu ölkələrimiz Rusiya, İrana, Türkiyəyə nəzər salsaq görərik ki, orada vəziyyət tamamilə fərqli şəkildə cərəyan edir. Amma elə Prezident İlham Əliyev də dünən çıxışında bildirdi ki, bütün bunlar rahatlaşmağa əsas vermir. Koronavirusla mübarizə davam etməkdədir və cəmiyyət elə düşünməməlidir ki, artıq virusa qarşı qalibiyyət əldə edilmişdir. Koronavirus pandemiyası hələ uzun müddət qarşıdakı aylarda da dünyada, o cümlədən Azərbaycanda davam edəcək. Karantin rejiminin müxtəlif amilləri nəzərə alınaraq yaxşı olar ki, yumşaldılmadan vətəndaşlar sui-istifadə etməsinlər. Məsələn, elə son günlər respublika üzrə koronavirusa yoluxanların 40-50 faizinin Gəncə şəhərinin payına düşməsi onu göstərir ki, aidiyyatı qurumlar və vətəndaşlar öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Ən azı bir ay səbr edib, koronavirusa yoluxma faizinin daha da azalmasına nail olmalıdırlar", - politoloq bildirib. 

Təhməz Əsəd


Etiketlər:  Cəmiyyət elə düşünməməlidir artıq virusa qarşı qalibiyyət əldə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ