Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 17:50
"Əgər hansısa problem olmazsa, ilin sonuna qədər Bakı metropoliteninin "B3" stansiyası təhvil veriləcək".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib.
Sədr qeyd edib ki, pandemiya dövrü olmasına baxmayaraq, Bakı metropoliteni tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçiriləcək: "Metro stansiyalarının tikintisi də daxil olmaqla zəruri təmir-tikinti işləri davam etdiriləcək. Əgər hansısa problem olmazsa, ilin sonuna qədər Bakı metropoliteninin "B3" stansiyası da təhvil veriləcək".