Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 01:28
Bu gün Millətlər Liqasının A divizionunda ikinci finalçı məlum olub.
Qol.az xəbər verir ki, Portuqaliyada keçirilən yarımfinalda Hollandiya ilə İngiltərə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha iki cavabsız qol vuran Hollandiya 3:1 hesabı ilə qalib gəlib və finala yüksəlib.
Qeyd edək ki, finalın digər iştirakçısı yarımfinalda İsveçrəni 3:1 udan Portuqaliya yığmasıdır.
Əlavə edək ki, həlledici matç iyunun 9-u keçiriləcək. İsveçrə və İngiltərə isə həmin gün 3-cü yer uğrunda yarışacaq.
6 iyun
22:45. Hollandiya - İngiltərə - 3:1
Qollar: M. Reşford, 32-penalti (0:1), De Liqt, 73 (1:1), Uolker, 97-avtoqol (2:1), Promes, 114 (3:1)
Gimaraynş. Afonso Enrike stadionu