Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin 24 vilayətində iki günlük komendant saatı qüvvəyə minib

Türkiyənin 24 vilayətində iki günlük komendant saatı qüvvəyə minib

Tarix: 9 May 2020 02:04

Bakı. Trend:

Türkiyənin 24 vilayətində iki günlük komendant saatı rejimi qüvvəyə minib.

Trend-in məlumatına görə, mayın 9-dan 10-dək 24 böyük şəhərin və Zonguldag vilayətinin sakinlərinə evlərini tərk etmək qadağandır.

Qərar ölkə hakimiyyəti tərəfindən yeni bir növ koronavirusun (Covid-19) yayılmasının qarşısını almaq üçün qəbul edilib.

Məhdudiyyətlər Adana, Ankara, Balıkesir, Bursa, Dənizli, Diyarbakır, Ərzurum, Eskişehir, Gaziantep, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Manisa, Mardin, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, həmçinin Zonguldag vilayətində tətbiq olunub.

Bazarlar, ərzaq və tərəvəz mağazaları bağlı olacaq.


Etiketlər:  Türkiyənin 24 vilayətində iki günlük komendant saatı qüvvəyə minib


RƏYLƏR