Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 08:56
Tesla şirkətinin CEO-su Elon Musk dəfələrlə qeyd edib ki, onun şirkəti avtomobil istehsalçısından daha artığı olmalıdır. Bu istiqamətdə növbəti addım isə Tesla-nın yeni məhsulu olacaq. Söhbət, elektroenerji ticarəti üçün nəzərdə tutulmuş Autobidder adll platformadan gedir. Bu barədə Electrek saytı xəbər verib. Keçən il Elon Musk bildirmişdi ki, şirkətin enerji şöbəsi olan Tesla Energy elektroenerji sahəsinin qlobal distribüteri olacaq. Müəyyən müddətdən sonra isə bu biznes nəqliyyat istehsalına kimi böyümək şansına sahibdir.
İdeyanın əsas məğzi günəş enerjisi hasil edən sistemlər ilə enerji saxlama sistemlərinin istehsalat miqyasnı genişləndirməkdir. Bu həm adi insanlar üçün həm də müəssisələr üçün reallaşdırılmalıdır.
Bu paylaşdırılmış sistemləri isə böyük elektrostansiya kimi idarə etmək lazımdır. Məhz elektrik aktivlərin idarəsi üçün Tesla şirkəti Autobidder adlı platformu işə salmalıdır. Görünür, son bir neçə il ərzində Tesla şirkəti sözügedən platformanı öz enerji layihələrində istifadə edib. Lakin onun barəsində məlumatı şirkət indi verib. "Autobidder müstəqil enerji istehsalçılarına, kommunal xidmətlərə və payçılara energetik aktivləri avtonom şəkildə gəlirə çevirmək imkanını verir. Autobidder real zaman ərzində ticarət və idarə platformasıdır" - deyə Tesla şirkəti qeyd edib.
Şirkət qeyd edib ki, Autobidder artıq yüzlərlə meqavatt saat enerji aktivləri idarə edir və bu enerji aktivləri bütün dünya üzrə şəbəkə xidmətlərini giqavatt saat enerji ilə təmin edir. Autobidder istənilən miqyasda çalışa bilir: Enerji generasiyası üçün nəzərdə tutulmuş ev sistemlərindən tutmuş 100 meqavatt gücündə olan müəssisə təchizatlarına kimi.
Məlumatda qeyd edilib ki, software və hardware özəlliklərinin rahat inteqrasiyası sayəsində istifadəçilər Autobidder sistemində öz layihələrini aktivləşdirəndən sonra gəlir əldə edə biləcəklər.
Tesla sözügedən platformanın bir sıra vacib funksiyası üçün machine learning sistemindən istifadə edir. Məsələn qiymətlərin proqnozlaşdırılması, yüklənmənin proqnozlaşdırılması, enerji hasilatının proqnozlaşdırılması, şəbəkə yüklənməsinin optimizasiyası və sistemdə smart ticarətlərin reallaşdırılması. Hal hazırda Avstraliyada yerləşən Hornsdale Power Reserve adlı enerji saxlama stansiyasının idarəsində Autobidder platformasından istifadə edilir.