Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real”ın futbolçusunun ayağı sındı

“Real”ın futbolçusunun ayağı sındı

Tarix: 9 May 2020 10:40

İspaniyanın "Real" klubunun futbolçusu Luka Yoviç zədələnib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun sağ ayağında sınıq aşkarlanıb. 
 
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin serbiyalı oyunçunun bərpa müddəti ilə bağlı məlumat verilməyib. 
 
İspaniya mediası Yoviçin evdə məşq zamanı zədələndiyini yazıb. 
 
Qeyd edək ki, Serbiya yığmasının hücumçusu "Real"a Almaniyanın "Ayntraxt" klubundan 60 milyon avroya transfer olunub. O, cari mövsümdə Madrid klubunun heyətində 24 oyuna çıxıb, 2 qola imza atıb.

Milli.Az


Etiketlər:  Realın futbolçusunun ayağı sındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ