Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABA özünüməşğulluğa cəlb olunanlarla növbəti müqavilələr imzaladı

ABA özünüməşğulluğa cəlb olunanlarla növbəti müqavilələr imzaladı

Tarix: 10 May 2020 17:12

Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv banklar tərəfindən əhalinin həssas qruplarının özünüməşğulluğunun dəstəklənməsi davam edir.

ABA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən dəstək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.

Ümumilli Lider Heydər Əliyev ölkədə məşğulluğun artırılması, əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsini, eyni zamanda özünüməşğulluğun inkişafını hər zaman diqqət mərkəzində saxlayırdı. Onun qayğısı və diqqəti ilə bu sahədə də çox böyük müsbət dəyişikliklər baş vermis orta və kiçik şəhərlər, kənd yerləri də daxil olmaqla ölkədə əlavə iş yerləri yaradılmış, əhalinin məşğulluq səviyyəsi dəfələrlə yüksəlib.

Məşğulluğun artması, özünüməşğulluq layihələrinin genişlənməsi indi də dövlət və hökumət orqanlarının qarşısında mühüm bir vəzifə olaraq durur.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.


Etiketlər:  özünüməşğulluğa cəlb olunanlarla növbəti müqavilələr imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ