Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lempard Mertensə zəng etdi

Lempard Mertensə zəng etdi

Tarix: 11 May 2020 17:24

“Napoli”nin futbolçusu Dris Mertens “Çelsi”yə keçə bilər.

Qol.az “Daily Express”ə istinadən xəbər verir ki, London klubunun çalışdırıcısı Frenk Lempard 33 yaşlı yarımmüdafiəçi ilə telefonla danışaraq onu komandasına gəlməsi üçün razı salmağa çalışıb. Onların İnstaqramda da bu barədə danışdığı bildirilir.

Belçikalı futbolçunun “Napoli” ilə müqaviləsi bu yay başa çatır. O, bu mövsüm “Napoli”də 29 oyuna 12 qol vurub, 6 məhsuldar ötürmə edib. 
 


Etiketlər:  Lempard Mertensə zəng etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ