Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Siti"nin sahibləri 9-cu klub aldı

Tarix: 11 May 2020 19:32

"Mançester Siti" sahibi olan "City Football Group" (CFG) şirkəti növbəti klub alıb.

Qol.az şirkətin saytına istinadən xəbər verir ki, CFG Belçikanın 2-ci liqasında çıxış edən "Lommel" klubunun səhmlərinin böyük hissəsinin sahibi olub. Bununla da şirkət 9-cu klub alıb.

Qeyd edək ki, CFG "Mançester Siti", "Lommel"lə yanaşı, "Nyu-York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "İokoqama F. Marinos" (Yaponiya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Siçuan Szyunyu" (Çin) və "Mumbai Siti"nin" (Hindistan) sahibidir.

 


Etiketlər:  Sitinin sahibləri 9 cu klub aldı


RƏYLƏR