Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 20:21
Belə hesab olunur ki, arterial təzyiq sol qolda ölçülməlidir. Lakin bu belə deyil.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, Rusiyalı həkim kardioloq, tibb elmləri doktoru Elena Vışınskaya kp.ru-ya müsahibəsində qeyd edib ki, əslində təzyiq hər 2 qolda ölçülməlidir. Daha böyük rəqəm arterial təzyiqin əsl göstərisi sayılmalıdır.
Həmçinin həkim bildirirb ki, sağ və sol qolda olan təzyiqin fərqinə fikir vermək lazımdır. 10 mm.c.st qədər olan fərq norma sayılır. Saglamolun.az bildirir ki, fərq bundan çoxdursa, mütləq həkimə müraciət etmək lazımdır. Bunun səbəbi ateroskleroz, tromb, damarda iltihab, anevrizma, xoş və ya bədxassəli şiş ola bilər.