Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il 32 mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib

Bu il 32 mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib

Tarix: 22 Aprel 2019 17:08

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran vətəndaşlar və gənclər üçün peşəyönümü tədbirlərinin təşkili davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, cari ilin 3 ayı ərzində respublika üzrə 32 min 849 vətəndaş bu tədbirlərə cəlb olunub. Onlardan 22 mindən çoxu gənclərdir.

Peşəyönümünə cəlb olunan şəxslərə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. İştirakçılara düzgün peşə seçiminə dəstək məqsədilə məsləhət xidmətləri göstərilib. Onlar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıb.

İl ərzində respublikamızın şəhər və rayonlarındakı məktəblərdə peşəyönümü tədbirləri davam etdiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib


RƏYLƏR