Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ

Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ

Tarix: 11 May 2020 22:42

Əl barmaqlarını mütəmadi şıqqıldatmaq təhlükəlidir.

REN.TV xəbər verir ki, travmatoloq Konstantin Ternov barmaq şıqqıldatmaq vərdişinin təhlükələrindən danışıb.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, onun sözlərinə görə, bu vərdiş barmaqların zəifləməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Həkim sözügedən vərdişi əsasən nevrozla əlaqələndirib.

"Daim barmaqlarınızı laxladıb boşaltmaqla məşğul olsanız, 70 yaşında yaranmalı olan artroz xəstəliyinə 50 yaşında tutulacaqsınız", - deyə həkim vurğulayıb.

Mütəxəssis əlavə edib ki, barmaqları mütəmadi əzmək vərdişi fiziki yorğunluqla da əlaqəli ola bilər.


Etiketlər:  Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ