Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu texnologiya ilə qulaqlıq və “ağıllı” saatların enerji ilə doldurulması mümkün olacaq

Bu texnologiya ilə qulaqlıq və “ağıllı” saatların enerji ilə doldurulması mümkün olacaq

Tarix: 12 May 2020 08:04

"NFC Forum" Assosiasiyası "Wireless Charging Specification" (WLC) adlı yeni simsiz enerjidoldurma standartını qəbul edib. Bu standartın köməyi ilə "NFC" texnologiyası vasitəsilə mobil qurğuları enerji ilə doldurmaq mümkün olacaq. Bu haqda assosiasiyanın bəyanatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, lakin "WLC" standartı ilə cihazları sürətli şəkildə enerji ilə doldurmaq mümkün olmayacaq, çünki az miqdarda enerjinin ötürülməsi 13,56 MHs tezliyi ilə istifadə olunacaq. Təşkilatın bəyanatında deyilir ki, texnologiya 1 vatt güc ötürməyə imkan verəcək.

Belə güc "Əşyalar interneti" və simsiz qulaqlıq və ya fitnes-bilərziklər kimi aşağı enerji sərfiyyatlı qurğuların simsiz enerji ilə doldurulması üçün kifayətdir.

Bu halda istehsalçılar gələcəkdə smartfonları simsiz üsulla enerji ilə doldurmaq üçün bu standartı inkişaf etdirməyə davam edəcəklər.

"Near field communication, NFC" - məlumatların simsiz ötürülməsi texnologiyasıdır, təxminən 10 sm məsafədə qurğular arasında məlumat mübadiləsinə imkan verir. Adətən bu texnologiya təmassız ödəniş üçün tətbiq edilir.


Etiketlər:  texnologiya ilə qulaqlıq ağıllı saatların enerji ilə doldurulması mümkün olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ