Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 09:51
Bakı. Samir Əli - Trend:
Bakı sakini yaşadığı evdə 2 nəfəri bıçaqlayıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 34-də baş verib. Şəhər sakini Elnur Quliyev yaşadığı evə gələrək orada usta işləyən Sədrəddinbəyov Kamil Arif oğlunu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o özünü öldürməyə cəhd edib. Bu zaman ona anası Minəxanım Quliyeva mane olmağa çalışıb. Həmin vaxt E.Quliyev anasını da bıçaqlayıb.
Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.