Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 11:30
Bir neçə gün öncə ana olan müğənni Aygün Rəhimova övladının atası ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, bu barədə İnstaqram-da yazıb.
"Çox az kişi bir qadının yeni bir həyat doğmağa və ana olmağa nə qədər enerji xərclədiyini anlaya bilər, ətrafda xeyli köməkçi olsa da, sən hər şeyi anlayırsan... Səni çox sevirəm!" - Aygün bildirib.
O, fotoda uşağının atasını üzünü gizlədib.
Qeyd edək ki, sənətçinin oğlu dünyaya gəlib. İfaçı övladına Camal adını verib.
Onu da bildirək ki, Aygün ötən il sevgilisi ilə fotolarını İnstaqram-da paylaşmışdı. Onun ailə qurması barədə isə heç bir məlumat yayılmayıb.