Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO)

“İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO)

Tarix: 12 May 2020 12:24

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı”nın xüsusi buraxılışı Mərkəzdə yaradılan və fundamental iqtisadi təhlillərin aparılmasına xidmət edəcək labaratoriyanın - “EconLAB”ın (İqtisadi təhlillərin aparılması üçün labaratoriyanın) təqdim edilməsinə həsr olunub.

Trend-in məlumatına görə, İİTKM-in department rəhbəri Rəşad Hüseynov bildirir ki, icmalda “EconLAB”da Azərbaycan iqtisadiyyatı üçün qurulan 5 iqtisadi riyazi model təqdim edilir. Bunlara xərclər-buraxılış modeli, maliyyə planlaşdırılması modeli, ümumi tarazlıq modeli, ORANİ modeli və Mikrosimulyasiya modeli aiddir. Təqdim edilən hər bir iqtisadi riyazi üsulun mümkün tətbiq sahələri və eləcə də strukturu detallı şəkildə infoqrafik təsvirlərlə təqdim olunub.

İqtisadi riyazi modellərin qurulmasında istifadə olunan proqram təminatları barəsində də məlumat verilib. Eyni zamanda bu modellər özlərinin xarakterlərinə görə də qruplaşdırılıb. Beləki, qurulan modellərin bir hissəsi dinamik digər bir hissəsi isə statik təhlillərin aparılmasında istifadə edilir. Bundan başqa mövcud modellərdən istifadə etməklə makro, mezo və mikro səviyyədə ətraflı təhlillər aparıla bilər.

R.Hüseynov bildirir ki, icmalda təqdim edilən iqtisadi riyazi üsullardan istifadə iqtisadi siyasətin (islahatların) formalaşdırılmasında qərar qəbuletmə prossesini lazımı və dolğun informasiya ilə təmin edəcəkdir.
“İslahat icmalı” ilə icmallar bölümündə tanış olmaq mümkündür

“İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image “İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub (FOTO) - Gallery Image


Etiketlər:  İslahat icmalı İİTKM qurulan riyazi modellərə həsr olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ